“Formula 1” yarışının ikinci günündə Nəsimi rayonundan olan şəhid ailələri və qazilər iştirak etdilər.
Ölkəmiz bu mötəbər idman yarışına ilk dəfə 2016-cı ildə ev sahibliyi etdi. 2016-cı ilin dekabrında paytaxt Bakıda keçirilən Formula1 Azərbaycanda baş tutan ən böyük idman tədbirlərindən biri idi. İzləyicilərə böyük sürət, həyəcan və əyləncə vəd edən yarışlar insanların böyük marağına səbəb oldu. Qonşu dövlətlərdən, eləcə də Avropanın aparıcı ölkələrindən on minlərlə turist Formula 1 həvəskarı olaraq bu yarışı izləmək üçün Bakıya qonaq gəldi.
Ümumilikdə söyləmək olar ki, bu tədbirin Azərbaycanda keçirilməsi təqdirəlayiq və ölkə nüfuzunün dünya arenasında yüksəlməsi baxımından nadir fürsətlərdən biridir. Belə yarışlarda dünyanın müxtəlif ölkələrindən olan idman azarkeşləri ilə yanaşı, həm də böyük şirkətlər iştirak edirlər. Belə olan halda, bu, ölkə iqtisadiyyatı baxımından da mühüm önəm daşıyır. Bu yarışları ölkənin tanıdılması və təbliği baxımından da yüksək qiymətləndirmək olar.
Dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev də öz növbəsində yarışların ölkəmiz üçün çox əhəmiyyətli olduğunu, bunun bir çox istiqamətdə Azərbaycana xeyir gətirdiyini bildirmişdi: “Formula 1 yarışını keçirən şəhərlər inkişaf etmiş ölkələrin ya paytaxt şəhərləri, ya da ki, böyük şəhərləridir. Onların arasında Bakı şəhərinin mövcudluğu bizim üçün böyük hadisədir.
Formula1 yarışının multiplikativ effekti çox böyükdür. Birinci Formula 1-dən sonra Azərbaycana kütləvi turist axını başlamışdır”. Hər birimiz bu tarixi yaxşı xatırlayırıq. Əlbəttə, bu, turist axınının təkcə turizm sahəsinə deyil, ümumilikdə, ölkə iqtisadiyyatına da müsbət təsir göstərdiyini bir daha təsdiqləyir. Nüfuzlu şirkətlərin rəhbərləri, o cümlədən səlahiyyətli nümayəndələri yarışlar zamanı həm də ölkənin iqtisadi potensialı, biznes imkanları ilə yaxından maraqlanır və bu da ölkəyə xarici investisiya qoyuluşunun artmasına öz töhfəsini verir.
Nəticə olaraq onu söyləmək olar ki, yarışların ölkəmizdə keçirilməsi iqtisadiyyatın bir sıra sahələrində canlanmaya səbəb olur. Formula 1 yarışları Azərbaycana bundan sonra da idman ölkəsi kimi böyük nüfuz qazandıracaq.
İlk dünya çempionatının birinci yarışı 1950-ci il mayın 13-də Böyük Britaniyanın Silverstoun trasında baş tutub. Hər ilin sonunda çempionatın qalibi müəyyən edilir. Çempionatda həm sürücülər, həm də komandalar yarışırlar. Sürücülər dünya çempionu titulu uğrunda, komandalar isə Mühəndislər Kuboku uğrunda mübarizə aparırlar.
Ölkəmizi dünyada tanıdan “Formula 1” yarışının yenidən Azərbaycanın ev sahibliyi etməsi qürurvericidir. 2022 “ Förmula 1” yarışı iyun ayının 10-12 tarixlərində keçiriləcək. Bununla əlaqədar Nəsimi rayonundan olan 100-ə yaxın şəhid ailələri, qazilər həmin tədbirdə iştirak etməsi üçün xüsusi avtobus ayrılmış, onlara xüsusi forma verilmiş və yarışda iştirak ediblər.