“Gələcəyimiz Azərbaycan gəncliyidir” adlı tədbir keçirilib
Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gələcəyimiz Azərbaycan gəncliyidir” adlı tədbir keçirilib.
Tədbirdə təhsil işçiləri, orta təhsil müəssilərinin rəhbərləri və gənclər iştirak edib. Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva tədbir iştirakçılarını salamlayaraq bildirib ki, bu gün müasir təhsilimizin inkişaf müəllifi olan Ümummilli lider Heydər Əliyevin siyasətini onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bilavasitə ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə orta təhsil müəssisələrinin yenidən madii-texniki bazasının gücləndirilməyi, yenilənməsi, təmir və abadlıq işlərinin mərhələli şəkildə icra olunması təhsilimizə verilən ən böyük töhfə və dəyərin bariz nümunəsidir. Vurğulayıb ki, son illər kadrların hazırlanması, tədrisin yüksək, müasir tələblər səviyyəsində təşkili üçün ümumtəhsil məktəblərinin inkişafı istiqamətində Nəsimi rayonunda xeyli iş görülüb, həmçinin qeyd edib ki, bu il üzrə 2600-a yaxın gənc məzun olub və 1-ci sinifə qəbul olanların sayı 800-ə çatıb. Çıxışının sonunda natiq gəncləri “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bu mütərəqqi təşəbbüsə qoşulmağın vacibliyinə toxunub və məzun adını qazanan gəncləri və 1-ci sinifə qəbul olan azyaşlıları təbrik edib.
Həmçinin tədbirin sonunda aztəminatlı ailələrin uşaqlarına yeni təhsil dövründə məktəbli formaları təqdim edilib və xatirə şəkli çəkdirilib.