Şriftin ölçüsü :

Saytın rəngi :

Hava şəraitinin dəyişməsi nəticəsində rayon ərazisində qabaqlayıcı tədbirlər görülüb.

22 iyun 2024 | 11:18

Hava şəraitinin dəyişməsi ilə əlaqədar yağış və küləkdən sonra Nəsimi rayon ərazisində əsas küçə və prospektlərdə problemlərin yaranmaması üçün tədbirlər görülüb.

Belə ki, hava şəraitinin dəyişməsi nəticəsində qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində  rayonun bütün xidmət sahələri gücləndirilmiş iş rejiminə keçmiş, eyni zamanda   fəsadların yaranmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində xidmət sahələrinin maşın və mexanizmləri  də cəlb olunmuşdur.

Hava şəraitinin dəyişməsi və külək nəticəsində  Nəsimi rayon ərazisində müxtəlif ünvanlarda qırılan ağaclar doğranılmış,  təmizlənərək ərazidən daşınmışdır. Qeyd edək ki, qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində Nəsimi rayon ərazisində əsas küçə və prospektlərdə mütəmadi olaraq   yağış kürəbənd barmaqlıqlarının təmizlənməsi işləri  də aparılıb.  

İşlərin həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, operativ tədbirlərin görülməsi diqqət mərkəzindədir.

Keçidlər