Şriftin ölçüsü :

Saytın rəngi :

Hava şəraitinin dəyişməsi nəticəsində rayon ərazisində yaranmış fəsadlar aradan qaldırılıb.

12 sentyabr 2023 | 10:48

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yağış və küləkdən sonra Nəsimi rayon ərazisində əsas küçə və prospektlərdə yaranan problemlərin aradan qaldırılması məqsədilə tədbirlər görülüb.

Belə ki, hava şəraitinin kəskin dəyişməsi nəticəsində qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində  rayonun bütün xidmət sahələri gücləndirilmiş iş rejiminə keçmiş, eyni zamanda  yaranmış fəsadların aradan qaldırılması  və qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində  xidmət sahələrinin maşın və mexanizmləri  də cəlb olunmuşdur.

Hava şəraitinin dəyişməsi və külək nəticəsində  Nəsimi rayon ərazisində müxtəlif ünvanlarda qırılan ağaclar doğranılmış,  təmizlənərək ərazidən daşınmışdır. Qeyd edək ki, payız-qız mövsümünə hazırlıqla bağlı qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində Nəsimi rayon ərazisində əsas küçə və prospektlərdə mütəmadi olaraq   yağış kürəbənd barmaqlıqlarının təmizlənməsi işləri də aparılır.  

İşlərin həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, operativ tədbirlərin görülməsi diqqət mərkəzindədir.

Keçidlər