Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı rayon ərazisində qabaqlayıcı tədbirlər görülür.
Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yağış və küləkdən sonra rayonun küçə və prospektlərində problemlərin yaranmaması üçün operativ tədbirlər görülüb.
Belə ki, hava şəraitinin dəyişməsi nəticəsində operativ qabaqlayıcı tədbirlərin görülməsi üçün rayonun bütün xidmət sahələri gücləndirilmiş iş rejiminə keçmiş, problemlərin yaranmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş, hidrometeoroloji hadisələrə məruz qalmış ərazilər nəzarətə götürülmüşdür.
Hava şəraitinin kəskin dəyişməsi və külək nəticəsində Nəsimi rayon ərazisində müxtəlif ünvanlarda qırılan ağaclar ərazidən daşınır, küçə və prospektlərdə mütəmadi olaraq yağış kürəbənd barmaqlıqlarının təmizlənməsi işləri aparılır.
Müvafiq zəruri operativ tədbirlərin görülməsi daim nəzarətdə saxlanılır.