Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar rayon ərazisində qabaqlayıcı tədbirlər görülür.
18 dekabr 2024 | 11:28
Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı verilən proqnozlar əsasında rayon ərazisində qabaqlayıcı tədbirlərin görülməsi işlərinə başlanılıb.
Əvvəlcədən müəyyən edilmiş yolların və səkilərin qardan vaxtında və operativ təmizlənməsi üçün təhkim olunmuş cavabdeh təşkilatlar məlumatlandırılıb, rayon MKTB-nin tabeliyində olan texnikalar hazır vəziyyətə gətirilərək yağış kürəbənd quyuları təmizlənir, inventar, qum və duz tədarükləri görülür, işçilər arasında xüsusi iş qrafiki və növbətçilik təşkil olunub.
Qeyd edək ki, hava şəraitinin kəskin dəyişməsi nəticəsində qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.