H.B.Əliyev küçəsi 9, 11, 15 və 17 saylı binaların ətrafında abadlıq-quruculuq işləri davam etdirilir.
07 oktyabr 2025 | 16:48
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq H.B.Əliyev küçəsi 9 saylı ümumi yaşayış binasının fasadı təmir olunur, yağış suları axıdan boru və navalçalar dəyişdirilir, dam örtükləri, giriş qapılar və pəncərələr yenilənir. Hazırda H.B.Əliyev küçəsi 9, 11, 15 və 17 saylı binaların həyətyani sahəsində müxtəlif növ uşaq-oyun elementlərinin quraşdırılması işləri aparılır, bardürlər düzülərək yeni asfalt örtüyü vurulur.






