“Heydər Əliyev İli” çərçivəsində 1-İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar “KOALA PARK” Uşaq Əyləncə Mərkəzində Nəsimi rayonu 268 nömrəli Xüsusi Məktəbin şagirdlərinin iştirakı ilə tədbir keçirilib.
Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli inkişaf strategiyası ölkə həyatının bütün sahələrini əhatə edir, o cümlədən cəmiyyətimizin kövrək təbəqəsi olan uşaqlara yüksək qayğı ilə yanaşılır, onların problemlərinin həlli istiqamətində konkret addımlar atılır. Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlara Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da olduqca böyük töhfələr verir. Fondun təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsi və reabilitasiyası, müasir infrastrukturların yaradılması üzrə məqsədyönlü işlər görülür. Nəsimi rayon İcra Hakimiyyəti xüsusi qayğıya ehtiyacı olan uşaqlara mütəmadi baş çəkilir, görüşlər keçirilir, xeyirxah tədbirlər, mədəni yığıncaqlar təşkil edilir. Belə ki, il ərzində RİH tərəfindən əlillər və xüsusilə də əlil uşaqlarla bağlı bir sıra tədbir təşkil olunur.
Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə “KOALA PARK” Uşaq Əyləncə Mərkəzində Nəsimi rayonunda yerləşən 268 nömrəli xüsusi məktəbin uşaqları ilə süfrə arxasında keçirilən tədbirdə, onların qayğıları ilə maraqlanılıb. Eyni zamanda onlar müxtəlif oyun elementlərindən istifadə etmişlər. Sonra uşaqlara hədiyyələr təqdim edilib.
Görüşdə məktəb rəhbərliyi xüsusi qayğıya ehtiyacı olan uşaqlar adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya hər zaman göstərdikləri qayğıya, diqqətə görə dərin minnətdarlığını bildirmişdir.