“Heydər Əliyev İli” ilə əlaqədar "Elm və təhsilin inkişafında Heydər Əliyevin rolu" adlı konfrans keçirilib.
Nəsimi rayon İcra Hakimiyyətinin və 5 Nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Elm və təhsilin inkişafında Heydər Əliyevin rolu" adlı konfrans keçirilib.
Konfransda Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Nəsimi Rayon təşkilatının rəhbərliyi, Mərkəzin pedaqoji kollektivi, dərnək üzvləri və rayon gəncləri iştirak etmişlər.
Azərbaycan Dövlət Himni səsləndikdən sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Konfransda Heydər Əliyevin həyat və fəaliyyəti ilə əlaqədar videoçarx nümayiş olundu. Mərkəzin pedaqoji kollektivinin üzvləri Sevda Cəlilova, Rövşən Əliyev məruzə ilə çıxış etdilər.
Sonra Dərnək üzvlərinin hazırladıqları ədəbi-bədii kompozisiya, rəqslər və şerlər tədbir iştirakçılarında xoş ovqat bağışladı.
Tədbirdə iştirak edənlər bildirdi ki, Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi bir çox fitri keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bildiyini qeyd etdilər.
Tədbirdə çıxış edən Mərkəzin direktoru Elza Orucova mövzunun əhəmiyyətindən danışaraq, tədbir iştiakçılarına öz minnətdarlığı bildirərək bu cür tədbirlərin davamlı şəkildə keçiriləcəyini bildirdi.
Tədbirin sonunda xatirə şəkli çəkilib.