Şriftin ölçüsü :

Saytın rəngi :

Himayədar ailə institutunun inkişafı və təşviqi istiqamətində silsilə maarifləndirici tədbirlərin davam etdirilir.

09 yanvar 2026 | 11:34

Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən himayədar ailə institutunun inkişafı, ailə əsaslı qayğı modelinin təşviqi və valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə inteqrasiyası məsələlərinə həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə uşaqların ailə mühitində böyüməsinin onların şəxsiyyət kimi formalaşmasına, emosional sabitliyinə və gələcək inkişafına müsbət təsiri vurğulanmışdır. Himayədar ailələrin uşaqlara qayğı, sevgi və dəstək göstərməklə onların cəmiyyətə uyğunlaşmasında mühüm rol oynadığı qeyd edilmişdir.

Eyni zamanda, himayədar ailə institutunun mahiyyəti, bu sahədə ictimai məlumatlılığın artırılması, uşaqların üstün mənafelərinin qorunması və onların fərdi ehtiyaclarına uyğun qayğı ilə təmin olunmasının vacibliyi diqqətə çatdırılmışdır.

Tədbirin əsas məqsədi himayədar ailə institutuna dair məlumatlılığın artırılması, uşaqların ailə mühitində böyüməsinin təşviqi və onların hüquqlarının müdafiəsi sahəsində ictimai məsuliyyətin gücləndirilməsi olmuşdur.

 

Keçidlər