Hüseynbala Əliyev 11 saylı ünvanda abadlıq-quruculuq işlərinə başlanılıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlərin çox saylı müraciətləri nəzərə alınaraq, Hüseynbala Əliyev 11 saylı ünvanda binada və həyətyanı sahədə abadlıq quruculuq işlərinə başlanılıb.
Hazırlanmış layihəyə uyğun olaraq ümumi yaşayış binasının fasadında və dam örtüyündə əsaslı təmir işlərinə başlanılıb. Həyətdə hasara alınmış sahələr sökülərək sakinlərin ümumi istifadəsinə veriləcək, təhlükəli vəziyyətdə olan qurumuş ağaclar budanaraq ərazidən çıxarılacaq.
Qeyd edək ki, binanın yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi, giriş pilləkənlərinin təmir olunması, qapı və pəncərələrin yeniləri ilə əvəz olunması işləri də aparılacaq.
Eyni zamanda həyətdə tamet bardur daşlarının vurulması, yaşıllaşdırma, suvarma, işıqlandırma sistemlərinin çəkilməsi və təhlükəsizlik kamerlarının quraşdılrılması, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar, müxtəlif növ uşaq-oyun elementlərinin və idman qurğularının quraşdırılması işləri da nəzərdə tutulubdur.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.