Hüseynbala Əliyev 3,5,7 saylı ünvanlarda abadlıq-quruculuq işləri aparılır.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq Hüseynbala Əliyev 3,5,7 saylı binaların həyətində kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılıb, ərazidən çıxarılıb, həyətlərdə torpaq işləri görülüb, yaşıllıqların suvarılması üçün yeni su xətləri çəkilib, yeni işiqlandırma sistemi çəkilib, yeni bardürlərın və tamet daşlarının vurulması işləri görülüb.
Binaların qapı və pəncərələri yeniləri ilə əvəz olunub. Binaların giriş pilləkənləri, istinad divarları aqlayla üzlənilib.
Qeyd edək ki, binaların dam örtüyündə və fasadında əsaslı təmir-bərpa işləri davam edir, yağış suları axıdan boru və navalçalar dəyişdirilir. Eyni zamanda həyətlərdə sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgahların, müxtəlif növ uşaq-oyun elementlərinin, idman qurğularının, şahmat və idman meydayçasının quraşdırılması işləri də nəzərdə tutulub. Həyətlərdə yaşıllıqların salınması və həmişəyaşıl dekotativ ağaçların əkilməsi işləri də nəzərdə tutulub.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.