Şriftin ölçüsü :

Saytın rəngi :

Hüseynbala Əliyev 3,5,7 saylı ünvanlarda abadlıq-quruculuq işləri davam edir.

10 noyabr 2022 | 10:53

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış layihəyə uyğun olaraq Hüseynbala Əliyev 3,5,7 saylı  binaların həyətində kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılıb, ərazidən çıxarılıb, həyətlərdə torpaq işləri görülüb, yaşıllıqların suvarılması üçün yeni su xətləri çəkilib,  işiqlandırma sistemi yenilənib,  bardürlərın və tamet daşlarının vurulması işləri görülüb, asfalt örtüyü vurulub.

Binaların giriş qapıları və pəncərələri yeniləri  ilə əvəz olunub. Binaların giriş pilləkənləri, istinad divarları aqlayla üzlənilib.

Qeyd edək ki, binaların dam örtüyündə və fasadında əsaslı təmir-bərpa işləri başa çatıb, yağış suları axıdan boru və navalçalar dəyişdirilib.   Həyətlərdə sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgahlar quraşdırılıb,  eyni zamanda həyətdə oturacaqların, müxtəlif növ uşaq-oyun elementlərinin, idman qurğularının, şahmat və idman meydayçasının quraşdırılması  işləri də nəzərdə tutulub. Həyətlərdə yaşıllıqların salınması və həmişəyaşıl dekotativ ağacların əkilməsi işləri də nəzərdə tutulub.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər