Hüseynbala Əliyev 3,5,7 saylı ünvanlarda abadlıq-quruculuq işləri yekunlaşmaq üzrədir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq Hüseynbala Əliyev 3,5,7 saylı binaların həyətində kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılıb, ərazidən çıxarılıb, həyətlərdə torpaq işləri görülüb, yaşıllıqların suvarılması üçün yeni su xətləri çəkilib, işiqlandırma sistemi yenilənib, bardürlərın və tamet daşlarının vurulması işləri görülüb, asfalt örtüyü vurulub.
Binaların giriş qapıları və pəncərələri yeniləri ilə əvəz olunub. Binaların giriş pilləkənləri, istinad divarları aqlayla üzlənilib. Həyətlərdə yaşıllıqların salınması işləri, qazon örtüyünün vurulması və həmişəyaşıl dekotativ ağacların əkilməsi işləri görülüb.
Qeyd edək ki, hər 3 binanın dam örtüyündə və fasadında əsaslı təmir-bərpa işləri başa çatıb, yağış suları axıdan boru və navalçalar dəyişdirilib. Həyətdə sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgahlar, müxtəlif növ uşaq-oyun elementləri, idman qurğuları və idman meydayçası quraşdırılıb. Eyni zamanda oturacaqların quraşdırılması işlərinə də başlanılıb.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.