Hüseynbala Əliyev 3,5,7 saylı ünvanlarda abadlıq-quruculuq işləri yekunlaşmaq üzrədir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
"Bizim həyət" layihəsi çərçivəsində Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 3,5,7 saylı ünvanlarda binaların həyətində kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılıb, ərazidən çıxarılıb, həyətlərdə torpaq işləri görülüb, yaşıllıqların suvarılması üçün yeni su xətləri çəkilib, işiqlandırma sistemi yenilənib, bardürlərın və tamet daşlarının vurulması işləri görülüb, asfalt örtüyü vurulub.
Binaların giriş qapıları və pəncərələri yeniləri ilə əvəz olunub. Binaların giriş pilləkənləri, həyətdə istinad divarları aqlayla üzlənilib.
Qeyd edək ki, binaların dam örtüyündə və fasadında əsaslı təmir-bərpa işləri başa çatıb, yağış suları axıdan boru və navalçalar dəyişdirilib. Həyətlərdə sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgahlar, oturacaqlar, müxtəlif növ uşaq-oyun elementləri, idman qurğuları, şahmat və idman meydayçaları, kiçik tullantılar üçün urnalar quraşdırılıb. Həyətlərə yaşıllıqlar salınıb və həmişəyaşıl dekotativ ağaclar əkilib. Eyni zamanda həyətə mühafizə kameraları da quraşdırılıb.
Hal-hazırda son tamamlanma işləri aparılır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.