Şriftin ölçüsü :

Saytın rəngi :

Hüseynbala Əliyev küçəsi 32 və 36 saylı ünvanlarda abadlıq-quruculuq işləri davam etdirilir.

01 noyabr 2023 | 10:44

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış  layihəyə uyğun olaraq Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi 32 və 36  saylı ünvanlarda yerləşən ümumi yaşayış binalarında və onları əhatə edən həyətyanı sahədə abadlıq-quruculuq işləri davam edir.  Həyətdə kök üstdə qurumuş ağaclar təmizlənərək  ərazidən çıxarılıb,  budanma təmizlik işləri aparılıb. Həyətdə torpaq işləri görülür.

Qeyd edək ki, ümumi yaşayış binaların fasadının və dam örtüyünün əsaslı təmir olunub, yağış suları axıdan boru və navalçaların dəyişdirilib, binaların  giriş bloklarının qapı və pəncərələrinin yeniləri ilə əvəz olunub, binaların giriş pilləkənləri aqlay daşla üzlənilib.

Eyni zamanda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar və müxtəlif növ uşaq-oyun elementlərinin, idman qurğularının quraşdırılması, yeni tamet-bardur  daşlarının,  asfalt örtüyünün və qazon örtüyünün vurulması, həyətə yeni su və işıqlandırma sistemlərinin  çəkilməsi, əlil arabalarının hərəkəti və avtomobillərin saxlanılması üçün xüsusi yerlərin ayrılması işləri də  nəzərdə tutulubdur.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər