Şriftin ölçüsü :

Saytın rəngi :

Hüseynbala Əliyev küçəsi 3,5,7 saylı ünvanlarda abadlıq-quruculuq işləri davam edir.

05 avqust 2022 | 10:10

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

"Bizim həyət" layihəsi  çərçivəsində Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 3,5,7  saylı ünvanlarda binaların fasadının təmiri və rənglənməsi tamamlanıb, dam örtüyü,  giriş pilləkənləri təmir olunub, qapı və pəncərələr yenilənib,  yağış suları axıdan boru və navalçalar dəyişdirilib, həyətə yeni bardürlər düzülüb.

Hazırda həyətlərin işıqlandırılması, yaşıllıqların suvarılması üçün su xətlərinin çəkilməsi, torpaq işləri,   tamet daşların  vurulması işləri aparılır.

Qeyd olunan ünvanlarda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgahlar, idman qurğuları, stadion,  müxtəlif növ uşaq - oyun elementləri və  digər işlər nəzərdə tutulub.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq, yenidənqurma işləri davam edir.

Keçidlər