Şriftin ölçüsü :

Saytın rəngi :

“ Hyatt Regency Baku” mehmanxanasında növbəti əmək yarmarkası keçirilmişdir.

02 noyabr 2024 | 12:40

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkası təşkil edilib.
Bakı Regional Məşğulluq filialı tərəfindən keçirilən aktiv məşğulluq tədbirində 40 müəssisə tərəfindən 400-dək iş yeri təqdim edilib, işsiz və işaxtaran şəxslərə işəgötürənlərlə əlaqə qurmaq və boş iş yerləri ilə tanış olmaq imkanı yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 2306 nömrəli 27 noyabr 2020-ci il tarixli Sərəncamının “Dövlət uşaq müəssisələri məzunlarının cəmiyyətə inteqrasiyasının təşkili, xüsusilə gənc məzunların təhsilinin və məşğulluğunun təmin edilməsi, peşə hazırlığına və özünüməşğulluq proqramına cəlb olunması, sosial təminatı və sosial müdafiəsi ilə bağlı məsələlərin həlli,o cümlədən uşaqlar üçün dövlət sosial xidmət müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzillə təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi” barədə 5.3.1-ci yarımbəndinin icrası ilə bağlı, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən dövlət uşaq müəssisələrinin gənc məzunları və aktiv iş axtarışında olan rayon sakinləri yarmarkaya dəvət olunmuş, onlar müvafiq vakant iş yerləri ilə  tanış olmuşlar.
Tədbirdə vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.
Yarmarkada işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib. Yeni peşəyə yiyələnmək istəyən vətəndaşlara isə Agentlik tərəfindən işəgötürənlərlə əməkdaşlıq çərçivəsində tədrisi həyata keçirilən kurslar təqdim edilib.

Keçidlər