Şriftin ölçüsü :

Saytın rəngi :

I Qarabağ Müharibəsi Şəhidləri Natiq və Azər Novruzov qardaşlarının əziz xatirəsi anım günündə yad olundu

22 yanvar 2023 | 09:55

Azərbaycan Respublikasının Prezidenti,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunmasını təşkil edir.

Şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. I Qarabağ müharibəsində Kəlbəcər rayonunun Yanaşaq kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş iki  qardaş Novruzov  Natiq və Novruzov Azər  Telman oğullarının anım günü ilə əlaqədar olar Rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının, şəhidin ailə üzvlərinin, rayon ictimaiyyətinin, müharibə qazilərinin və şəhid ailələrinin iştirakı ilə şəhidlərin məzaları ziyarət edilib, əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunaraq məzarları üzərinə gül-çiçək dəstələri düzülüb.

Novruzov Natiq Telman oğlu ölümündən sonra Ümummilli lider Heydər Əliyevin Sərəncamına əsasən “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşdur. Müvafiq qanunvericiliyə əsasən  Nəsimi rayonunun inzibati ərazidindəki küçələrədn birinə “Novruzov qardaşları” adı verilmişdir.

Şəhidlərin anası göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.

Keçidlər