Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirdi

22 noyabr 2023 | 10:03

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Moskva prospekti, 3-cü Alatava, Hüseynbala Əliyev, 20 Yanvar, Cavadxan, Hüseyn Seyidzadə, Əlisgəndər İsgəndərov küçələrinin sakinləri iştirak etmiş və RİH başçısı Asif Əsgərov onların müraciətlərini dinləmişdir.

Sakinlərdən  Şükürov Adil, İbrahimov Cavanşir, Hacıyev Namiq, Abıyev Rüstəm, Tağıyev Etibar, Mehdiyev Əhmədağa, İmamquliyeva Xanım, İsazadə Könül, Anqbazova Xavva, Fətəliyeva Şəlalə, Səmədova Laləxanım, Seyidov Mirzəxan  və digərləri bir sıra məsələlərlə  bağlı, o cümlədən asfalt örtüyünün təmiri, ağacların budanması, kanalizasiya xəttinin təmiri, mənzilin qəzalı vəziyyətdə olması, binanın fasadının təmiri, parkdakı işıq sisteminin təmiri, həyətdə quraşdırılmış əyləncə avadanlıqlarının təmiri, mənzilin qarşısındakı sahənin sənədləşdirilməsi, su xəttinin təmiri, su təchizatında fasilələr, iş ilə təmin, həyətdə kənar avtomobillərin park edilməsi barədə müraciətlər etdilər.

Möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir guşəsində olduğu kimi Nəsimi rayonunda da geniş abadlıq-quruculuq işlərinin aparıldığını qeyd edən RİH başçısı rayon sakinlərinin rifahının daha da yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirdi və sakinlərin müraciətləri ilə bağlı görüləcək işlər barədə müvafiq izahatlar verdi. Ölkə başçısı tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmışdır.

“Heydər Əliyev İli” ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi Nəsimi rayonunda da genişmiqyaslı tədbirlərin keçirildiyi qeyd olundu.

Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.

Keçidlər