Şriftin ölçüsü :

Saytın rəngi :

İLHAM ƏLİYEV – QALIB XALQIN, QALIB LIDERI !

08 fevral 2024 | 11:26

7 fevral 2024-cü il keçirilən növbədənkənar prezident seçkilərində müzəffər Ali Baş Komandanımız, Azərbaycanın milli qürur mənbəyinə çevrilmiş görkəmli dövlət xadimi, müasir dövlətçiliyimizin banisi Heydər Əliyev məktəbinin ən layiqli davamçısı, milli dövlətçilik tariximizdə yeni ənənələrin əsasını qoyan ictimai-siyasi xadim, zəfər səlnaməsinin müəllifi, Möhtərəm Prezident cənab İlham Əliyev  92 faizdən çox səslə uğur qazanaraq  Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçillmişdir.

Prezident seçkilərində azərbaycan xalqı yenidən xalqın müdrik və dəyişməz seçiminə əsaslanaraq, növbəti dəfə Heydər Əliyev siyasi kursunun zəfərinə, təntənəsinə səs verdilər.

Bu seçkilərdə bütün dünya aktiv fəallığın, demokratiyanın və şəffavlığın şahidi oldu.

Bu gün respublikamızda mövcud olan daxili sabitlik, əmin-amanlıq, milli barışıq mühiti,  sürətli iqtisadi tərəqqi başlıca təminatlarından biridir. Eyni zamanda, Böyük - möhtəşəm Qələbəmiz başımızın ucalığı, alnımızın açıqlığı, əbədi qürurumuzdur.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və  20 sentyabr 2023-cü il tarixdə lokal antiterror tədbirlərinin uğurlu nəticələri müstəqil Azərbaycanın ən yeni tarixinə əlamətdar hadisə kimi daxil olmuşdur.

Belə ki, bu seçkilər Qarabağın tam azad olunmasından sonra, müstəqil Azərbaycanımızda keçirilən ilk demokratik və şəffaf seçki idi. Bu seçkilər hər bir azərbaycan vətəndaşında böyük şərəf və iftixar hissi yaratdı.  

Bəli, Möhtərəm cənab Prezidentimiz  tarix yaradan liderdir!

Möhtərəm cənab Prezidentimizin qələbəsi hər birimizin, o cümlədən Nəsimi rayon İctimaiyyətinin qələbəsidir! Bu zəfər bizim qarşıdakı nailiyyətlərimizin müjdəçisi, daha xoşbəxt gələcəyin, güclü və qüdrətli Azərbaycanın rəhnidir!

Keçidlər