İstinad divarlarında, binaların fasadlarında, girişində cari təmir işləri aparılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin tapşırıqlarına əsasən Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.
Aparılan abadlıq və cari təmir işləri zamanı Nəsimi rayonu ərazisində mərkəzi küçə və prospektlərdə şəhərin ümumi görünüşünə xələl gətirən hasarlarda, istinad divarlarında cari təmir və boyanma işləri aparılıb.
Eyni zamanda müxtəlif ünvanlarda ümumi yaşayış binaların pilləkən qəfəsləri, girişləri və digər ümumi istifadə yerlərində divarların cari təmiri və boyanması işləri də aparılıb.
Qeyd edək ki, işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və təmir işləri davam etdirilir.