Şriftin ölçüsü :

Saytın rəngi :

Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində silsilə tədbirlər davam etdirilir.

05 avqust 2026 | 14:44

Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində şəffaflığın və hesabatlılığın təmin edilməsi, ictimai nəzarətin gücləndirilməsi, eləcə də dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu çərçivədə Nəsimi Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İctimai Şuranın üzvləri və Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti ilə birgə korrupsiyaya qarşı mübarizədə ictimai iştirakçılığın artırılması, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində işlər aparılır.

Əməkdaşlığın əsas məqsədi korrupsiyaya qarşı mübarizə sahəsində ictimai fəallığın artırılması, vətəndaşların hüquqi maarifləndirilməsi, şəffaf idarəetmə prinsiplərinin təşviqi və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsidir. Bu istiqamətdə birgə görüşlərin, dəyirmi masaların və maarifləndirici tədbirlərin təşkili, eləcə də müvafiq layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Nəsimi Rayon İcra Hakimiyyəti korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və vətəndaş cəmiyyəti institutları arasında səmərəli əməkdaşlığın genişləndirilməsi, birgə təşəbbüslərin dəstəklənməsi və ictimai iştirakçılığın artırılması istiqamətində fəaliyyətini davam etdirir.

Keçidlər