“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası müzakirə olunmuşdur.
Nəsimi rayon İcra hakimiyyəti başçısı yanında Şuranın növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı rayon üzrə görülmüş işlər müzakirə olunmuşdur.
RİH başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidentinin 04.04.2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın Nəsimi Rayon İcra Hakimiyyəti üzrə 2023-cü il ərzində Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi, Korrupsiyanın qarşısının alınması və şəffaflığın gücləndirilməsi, Dövlət xidmətlərinin və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, Korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişaf etdirilməsi, Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə sahələrində həyata keçirilmiş tədbirləri qeyd etdi.
2024-cü il üçün görüləcək işlərlə bağlı Tədbirlər planının hazırlandığı qeyd edilərək müəyyən edilmiş istiqamətlər üzrə tədbirlərin icrasının nəzarətdə saxlanmasının vacibliyi vurğulanmışdır.
Bu məsələlərlə bağlı rayon İcra Hakimiyyətinin, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bölmələrin və yerli strukturların, Bələdiyyənin rəhbərlərinə zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verilmişdir.
RİH başçısı yanında Şuranın yığıncağında Şuranın və Rayon İcra hakimiyyətinin 2024-cü il üçün İş planının layihəsi müzakirə edilmişdir.