Məhəllədaxili yollarda abadlıq işləri davam etdirilir.
25 may 2022 | 18:24
Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla aparılır.
Rayonun S.Rüstəm küçəsi 35-37 saylı ünvanda yararsız vəziyyətə düşmüş məhəllədaxili yollara asfalt örtüyü vurulur, eyni zamanda işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında da, başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.