Məhəllədaxili yollarda asfaltlaşma işləri davam etdirilir.
19 fevral 2025 | 10:39
Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmiri, asfaltlaşması istiqamətində işlər uğurla aparılır.
Sakinlərin müraciətləri nəzərə alınaraq, Şövqiyar Abdullayev küçəsi 48, 50, 52 ünvanlarda yararsız vəziyyətə düşmüş məhəllədaxili yollara asfalt örtüyü vurulub.
Bu istiqamətdə işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq-quruculuq və yenidənqurma işləri davam etməkdədir.