Şriftin ölçüsü :

Saytın rəngi :

Məhəllədaxili yollarında asfaltlaşma işləri davam etdirilir.

14 may 2024 | 10:51

Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmiri, asfaltlaşması istiqamətində işlər uğurla aparılır.

Nəsimi rayonunda rayon İcra Hakimiyyətinin başçısının keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etməkdədir. Sakinlərin müraciətləri nəzərə alınaraq, həyətlərdə yolların asfaltlaşması və piyada səkilərinin, asfaltlanması  ilə bağlı müvafiq tövsiyyələr verilir.

Belə ki, rayonun müxtəlif ünvanlarında, həyətlərdə və dalanlara eləcədə sakinlərin istifadə etdiyi piyada səkilərində asfaltlaşma işləri aparılır, eyni zamanda məhəllədaxili  yollara yeni asfalt örtüyü vurulur.

Bu istiqamətdə işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq-quruculuq və yenidənqurma işləri davam etməkdədir.

Keçidlər