Şriftin ölçüsü :

Saytın rəngi :

Mərkəzi küçə və prospektlərdə yeni kiçik tullantılar üçün qablar quraşdırılıb, cari təmir işləri aparılıb.

20 aprel 2024 | 10:15

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların,  yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısının keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etdirilir. Belə ki, rayon ərazisində əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün mövcud parklarda əsaslı və cari təmir işləri aparılır.

Belə ki, mərkəzi küçə və prospektlərdə ehtiyac olan yerlərə yeni kiçik tullantılar üçün qablar quraşdırılıb, təmirə ehtiyacı olanlar isə cari təmir edilib.

Eyni zamanda rayon ərazisində  parklarda, xiyabanlarda və digər istirahət məkanlarında oturacaqlar təmir  edilmiş və rənglənmişdir. Bu istiqamətdə işlər davam etdirilir.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında  abadlıq, quruculuq və təmir işləri davam etdirilir.

Keçidlər