Məşədi Dadaş məscidində dini ibadətə gələn inanclı insanlar Azərbaycan bayrağı ilə qatılmışdılar.
Qeyd edək ki, Böyük Britaniyada yerləşən Azərbaycan Səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalmışdır.
Səfirlik binasına qanunsuz daxil olan bir qrup radikal etirazçılar, binaya zərər vurmaqla yanaşı, dövlət bayrağımızada hörtmətsizlik etmişdilər. Radikal dini dəstənin hücumu zamanı bir qrup şübhəli bilinən şəxslər saxlanılmış və Azərbaycan bayrağı yenidən səfirliyin binasında yerinə bərkidilmişdir.
Bununla əlaqədar Azərbaycanın Londondakı səfirliyinin binasındakı təxribata cavab olaraq Məşədi Dadaş məscidinə dini ibadətə gələn inanclı insanlar mərasimə Azərbaycan bayraqları ilə qatılmışdılar. Mərasimdə Şəhid ailələridə iştirak etmişdilər.
QMİ-nin nümayəndəsi, İlahiyyatçı Hacı Şahin Həsənli Londondakı Azərbaycan səfirliyinə edilən hücumu pisləmiş və onların bu kimi hərəkətləri ilə Azərbaycanın müsbət imicinə zərər gətirə bilməyəcəklərini qeyd etmişdir. Eyni zamanda bu kimi davranışların İslamla heç bir əlaqəsi olmadığını və onların heç bir məzhəbə aid olmadıqlarını qeyd etmisdir.