Milli Müdafiə Universitetinin Bakı Hərbi Kollecində Nəsimi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib.
12 aprel 2025 | 13:06
Rayon üzrə yarışda 24 komanda üzrə 336 nəfər şagird iştirak etmişdir.
Tədbirin rəsmi hissəsi şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Dövlət Himni səsləndirildi.
Çıxış edənlər- Bakı Hərbi Kollecinin rəisi polkovnik İntiqam Mirzəyev, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nəsimi rayon üzrə sektor müdiri Yusif Babanlı qonaqları salamlayaraq iştirakçılara uğurlar arzuladılar və “Şahin” hərbi-idman oyununu açıq elan edərək yarışa start verildi.