Mir Cəlal 42 ünvanında abadlıq işləri davam edir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq Mir Cəlal 42 saylı binanın həyətində kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılıb, ərazidən çıxarılıb, özbaşına hasara alınmış ərazilərin çəpərləri sökülərək təmizlik işləri aparılmışdır.
Ümumi yaşayış binanın fasadının bərpası, rənglənməsi işləri başa çatıb, yağış suları axıdan boru və navalçalar dəyişdirilib, dam örtüyü əsaslı təmir olunub. Qeyd edək ki, binanın qapı və pəncərələrinin yeniləri ilə əvəz olunması işləri aparılıb.
Eyni zamanda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar, müxtəlif növ uşaq - oyun elementlərinin quraşdırılması, yeni işiqlandırma sisteminin çəkilməsi, yaşıllıqların salınması, bina sakinlərinin avtomobillərinin saxlanılması üçün xüsusi yerlərin ayrılması işləri görülür. Hal-hazırda binanın həyətində asfalt işləri aparılır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam edir.