Şriftin ölçüsü :

Saytın rəngi :

Mir Cəlal 42 ünvanında abadlıq-quruculuq işləri davam etdirilir.

13 sentyabr 2022 | 12:00

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış layihəyə uyğun olaraq ümumi yaşayış binanın  fasadının bərpası, rənglənməsi işləri başa çatıb, yağış suları axıdan boru və navalçalar dəyişdirilib,  dam örtüyü əsaslı təmir olunub. Binanın qapı və pəncərələrinin yeniləri ilə əvəz olunması işləri aparılır.

Eyni zamanda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar, müxtəlif növ uşaq - oyun elementlərinin  quraşdırılması və bina sakinlərinin avtomobillərinin saxlanılması üçün  xüsusi yerlərin ayrılması nəzərdə tutulub.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam edir.

 

Keçidlər