Şriftin ölçüsü :

Saytın rəngi :

Mir Cəlal küçəsi 2 saylı ünvanda tullantıların səmərəli idarə olunması üçün yeni meydaça yaradılmışdır.

08 iyul 2024 | 11:15

Bakı şəhərində yeni layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi Konsepsiyasının icrası davam etdirilir. Bununla bağlı hər məhəllədə məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlərin sayının artırılması quraşdırılması işləri aparılır. Əsas məqsəd şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına xidmət etməkdir.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısının keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam edir.

Belə ki, sakinlər tərəfindən daxil olan müraciətlər əsasında, Nəsimi rayonu Mir Cəlal küçəsi 2 saylı ünvanda binanınn yaxınlığında yerləşən içməli su anbarının divarına yaxın məsafədə olan məişət tullantılarının müvəqqəti toplanması üçün konteyner meydançasının yeri dəyişdirilərək digər məqsədə uyğun ərazidə yeni meydança yaradılmışdır. Eyni zamanda gigiyenik normalara əsaslanaraq ətrafda sanitar təmizlik tədbirləri aparılmışdır.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  tullantıların səmərəli idarə olunması üçün rayonda mövcud müvəqqəti toplama meydaçalarının təmir edilməsi, ehtiyac olan ərazilərdə məişət tullantı konteynerlərin  saylarının artırılması, quraşdırılması istiqamətdə işlər davam etdirilir.

Keçidlər