Mir Cəlal küçəsində yerləşən parkda cari təmir işləri başa çatmışdır
08 avqust 2025 | 17:00
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda da binaların, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.
Nəsimi rayonu ərazisində yerləşən Mir Cəlal parkında cari təmir işləri başa çatmışdır. Parkda uşaq-oyun elementləri yenisi ilə əvəz olunub, istinad divarlarının qranit və aqlay üzlüklərinin yararsız halda olan hissələri bərpa edilib, əlavə yeni oturacaqlar quraşdırılıb, qazon örtüyü yenilənib, yaşıllıqlara aqrotexniki qulluq göstərilərək mövsümi çiçəklər əkilib.






