Mirəli Qaşqay küçəsi 24 saylı ünvanda abadlıq-quruculuq işləri davam edir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlərin çox saylı müraciətləri nəzərə alınaraq, Mirəli Qaşqay küçəsi 24 saylı ünvanda həyətyanı sahədə abadlıq quruculuq işləri davam edir.
Hazırlanmış layihəyə uyğun olaraq ümumi yaşayış binasının fasadında və dam örtüyündə əsaslı təmir işləri aparılıb. Binanın yağış suları axıdan boru və navalçaların dəyişdirilib, giriş pilləkənləri təmir olunub, qapı və pəncərələri yeniləri ilə əvəz olunub. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətdə söhbətgah quraşdırılıb.
Qeyd edək ki, həyətdə təhlükəli vəziyyətdə olan qurumuş ağaclar budanaraq ərazidən çıxarılıb, torpaq işləri görülür, tamet, bardur daşları vurulur, istinad divarları bərpa edilirərək aqlay daşlarla üzlənilir.
Eyni zamanda yaşıllaşdırma, suvarma, işıqlandırma sistemlərinin çəkilməsi və təhlükəsizlik kamerlarının quraşdılrılması, oturacaqlar, müxtəlif növ uşaq-oyun elementlərinin və idman qurğularının quraşdırılması işləri nəzərdə də tutulubdur.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.