Mirəli Qaşqay küçəsi 24 saylı ünvanda abadlıq-quruculuq işlərinə başlanılıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlərin çox saylı müraciətləri nəzərə alınaraq, Mirəli Qaşqay küçəsi 24 saylı ünvanda həyətyanı sahədə abadlıq quruculuq işlərinə başlanılıb.
Hazırlanmış layihəyə uyğun olaraq ümumi yaşayış binasının fasadında və dam örtüyündə əsaslı təmir işləri aparılıb. Binanın yağış suları axıdan boru və navalçaların dəyişdirilib, giriş pilləkənləri təmir olunub, qapı və pəncərələri yeniləri ilə əvəz olunub.
Hal-hazırda binanın həyətində abadlıq, quruculuq işlərinə başlanılıb.
Qeyd edək ki, həyətdə təhlükəli vəziyyətdə olan qurumuş ağaclar budanaraq ərazidən çıxarılır, torpaq işləri görülür, tamet, bardur daşları vurulur, istinad divarları bərpa edilirərək aqlay daşlarla üzlənilir, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqların quraşdırılması işləri aparılır.
Eyni zamanda yaşıllaşdırma, suvarma, işıqlandırma sistemlərinin çəkilməsi və təhlükəsizlik kamerlarının quraşdılrılması, müxtəlif növ uşaq-oyun elementlərinin və idman qurğularının quraşdırılması işləri da nəzərdə tutulubdur.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.