Şriftin ölçüsü :

Saytın rəngi :

Moskva pr. 66,72 və Cavadxan küçəsi 21 saylı ünvanlarda yerləşən yaşayış binalarının dam örtüyündə əsaslı təmir işləri aparılıb.

05 fevral 2024 | 10:09

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etməkdədir. Belə ki, sakinlərin müraciətləri nəzərə alınaraq, rayon ərazisində müxtəlif ünvanlarda abadlıq quruculuq işləri aparılır. Bu istiqamətdə yararsız vəziyyətə düşmüş binaların, eyni zamanda məhəllədaxili yolların asfaltlaşması, piyada səkilərinin, pilləkənlərin tikilməsi və əsaslı təmiri ilə bağlı müvafiq tövsiyyələr verilir.

Qeyd edək ki, qış mövsümü ilə əlaqədar və sakinlərin müraciətlərini nəzərə alaraq Nəsimi rayonu Moskva prospekti 66, 72 və Cavadxan küçəsi 21 saylı ünvanlarda yaşayış  binalarının dam örtüyündə əsaslı təmir işləri aparılıb, şüşəli Ruberoid örtüyü vurulub, eyni zamanda binaların yağış suları  axıdan boru və navalçaları dəyişdirilib.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və yenidənqurma  işləri davam etdirilir.

Keçidlər