Şriftin ölçüsü :

Saytın rəngi :

Moskva pr. 68 saylı ünvanda abadlıq və quruculuq işləri davam edir.

11 dekabr 2023 | 11:18

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış  “Abad həyət” layihəsinə uyğun olaraq Nəsimi rayonu Moskva prospekti 68 saylı ünvanda yerləşən ümumi yaşayış binası və onu əhatə edən həyətyanı sahədə abadlıq-quruculuq işləri davam edir.  Həyətdə kök üstdə qurumuş ağaclar təmizlənərək  ərazidən çıxarılıb,  budanma təmizlik işləri aparılıb.

Qeyd edək ki, ümumi yaşayış binanın fasadı və dam örtüyü əsaslı təmir olunub, yağış suları axıdan boru və navalçalar dəyişdirilib, binanın  giriş bloklarının qapı və pəncərələri yeniləri ilə əvəz olunub, giriş pilləkənləri aqlay daşla üzlənilib. Hal hazırda  binanın həyətində torpaq işləri görülür, istinad divarları hörülür, bardurlər düzülür.

Həyətdə sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar və müxtəlif növ uşaq-oyun elementləri, idman qurğuları quraşdırılıb. Eyni zamanda həyətə yeni tamet-bardur  daşlarının,  asfalt, qazon örtüyünün vurulması, yeni su və işıqlandırma sistemlərinin  çəkilməsi, mühafizə kameralarının quraşdırılması, avtomobillərin saxlanılması üçün xüsusi yerlərin ayrılması işləri aparılır.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər