Moskva prospekti 66 saylı ünvanda abadlıq-quruculuq işləri davam edir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlərin çox saylı müraciətləri nəzərə alınaraq, Moskva prospekti 66 saylı binada abadlıq quruculuq işləri davam edir.
Hazırlanmış layihəyə uyğun olaraq Moskva prospekti 66 saylı ünvanın həyətyanı sahəsində abadlıq işləri aparılır, ümumi yaşayış binanın fasadı və dam örtüyü əsaslı təmir olunub, yağış suları axıdan boru və navalçalar dəyişdirilib. Binanın giriş pilləkənləri təmir edilib, aqlay daşla üzlənilib, qapı və pəncərələr yeniləri ilə əvəz olunub.
Hal-hazırda həyətdə istinad divarları hörülürərək aqlay daşla üzlənilir, torpaq, tamet, bardur daşları vurulur, yeni suvarma və işıqlandırma sistemlərinin çəkilməsi işləri aparılır.
Qeyd edək ki, həyətdə sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah quraşdırılıb, oturacaqlar və müxtəlif növ uşaq-oyun elementlərinin, kiçik tullantılar üçün urnaların quraşdırılması, eyni zamanda yaşıllaşdırma işlərinin aparılması da nəzərdə tutulubdur.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.