Şriftin ölçüsü :

Saytın rəngi :

Moskva prospekti 66 saylı ünvanda abadlıq-quruculuq işləri davam edir.

16 yanvar 2024 | 09:42

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlərin çox saylı müraciətləri nəzərə alınaraq, Moskva prospekti 66 saylı binada abadlıq quruculuq işləri davam edir.

Hazırlanmış layihəyə uyğun olaraq həyətyanı sahəsində  abadlıq işləri davam edir, eyni zamanda  ümumi yaşayış binanın fasadında və dam örtüyündə əsaslı təmir  işləri aparılıb.  Binada yağış suları axıdan boru və navalçalar dəyişdirilib. Binanın giriş pilləkənləri aqlay daşla üzlənib, qapı və pəncərələr yeniləri ilə əvəz olunub.

Hal-hazırda istinad divarlarının hörülməsi, tamet bardur daşlarının vurulması işləri aparılır.

Qeyd edək ki, həyətdə yeni suvarma və işıqlandırma sistemlərinin çəkilməsi, yaşıllaşdırma işlərinin görülməsi, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar və müxtəlif növ uşaq-oyun elementlərinin  quraşdırılması işləri də nəzərdə tutulubdur.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər