Şriftin ölçüsü :

Saytın rəngi :

Moskva prospekti 66 saylı ünvanda abadlıq-quruculuq işləri davam edir.

23 yanvar 2024 | 09:46

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlərin çox saylı müraciətləri nəzərə alınaraq, Moskva prospekti 66 saylı binada abadlıq quruculuq işləri davam edir.

Hazırlanmış layihəyə uyğun olaraq Moskva prospekti 66 saylı ünvanın həyətyanı sahəsində  abadlıq işləri aparılır,  ümumi yaşayış binanın fasadı və dam örtüyü əsaslı təmir olunub, yağış suları axıdan boru və navalçalar dəyişdirilib. Eyni zamanda binanın giriş pilləkənləri təmir edilib, aqlay daşla üzlənilib, binanın qapı və pəncərələri yeniləri ilə əvəz olunub. Hal-hazırda həyətdə torpaq, tamet, bardur daşlarının vurulması işləri aparılır.

Qeyd edək ki, həyətin yaşıllaşdırması, yeni suvarma və işıqlandırma sistemlərinin çəkilməsi, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar və müxtəlif növ uşaq-oyun elementlərinin  quraşdırılması işləri də nəzərdə tutulubdur.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər