Şriftin ölçüsü :

Saytın rəngi :

Moskva prospekti 66 və 70 saylı binaların əhatəsində yerləşən həyətdə son tamamlanma işləri aparılır.

27 mart 2024 | 10:55

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlərin çox saylı müraciətləri nəzərə alınaraq, Moskva prospekti 66 və 70 saylı binaların əhatəsində yerləşən həyətdə aparılan abadlıq quruculuq işləri yekunlaşmaq üzrədir.

Hazırlanmış layihəyə uyğun ümumi yaşayış binanın fasadı və dam örtüyü əsaslı təmir olunub, yağış suları axıdan boru və navalçalar dəyişdirilib. Binanın giriş pilləkənləri təmir edilib, aqlay daşla üzlənilib, qapı və pəncərələr yeniləri ilə əvəz olunub.

Həyətdə istinad divarları hörülürərək aqlay daşla üzlənilib, torpaq işləri görülüb, tamet, bardur daşları vurulub, yeni suvarma və işıqlandırma sistemləri çəkilib.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün uşaq meydançası yaradılıb. Söhbətgah, oturacaqlar, müxtəlif növ uşaq-oyun elementləri, təhlükəsizlik kameraları və həyətdə kiçik tullantılar üçün urnalar quraşdırılıb. Eyni zamanda yaşıllaşdırma işləri  görülüb və avtomabillərin saxlanılması üçün xüsusi yerlər ayrılıb. Hal-hazırda son tamamlanma işləri aparılır.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.

Keçidlər