Moskva prospekti 72 saylı ünvanda abadlıq-quruculuq işləri davam etdirilir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlərin çox saylı müraciətləri nəzərə alınaraq, Moskva prospekti 72 saylı binada abadlıq quruculuq aparılır.
Hazırlanmış layihəyə uyğun olaraq Moskva prospekti 72 saylı ünvanda yerləşən yaşayış binasının fasadının və dam örtüyünün əsaslı təmiri, yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi, binanın giriş bloklarının qapı və pəncərələrinin yeniləri ilə əvəz olunması, giriş pilləkənlərinin aqlay daşla üzlənilməsi işləri yekunlaşmaq üzrədir.
Hal-hazırda həyətyanı sahəsində tamet bardur daşlarının vurulması, istinad divarlarının hörülməsi işləri aparılır. Qeyd edək ki, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətdə söhbətgah, oturacaqlar və müxtəlif növ idman qurğularının, uşaq- oyun elementlərinin quraşdırılması işləri də aparılır.
Eyni zamanda həyətə yeni asafalt örtüyünün vurulması, yaşıllıqların salınması, təhlükəsizlik kameralarının, yeni işıq və su xətlərinin çəkilməsi işləri də nəzərdə tutulubdur.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.