Moskva prospekti 90, 92 saylı binalarda abadlıq və quruculuq işləri davam edir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq Moskva prospekti 90, 92 saylı binaların fasadında əsaslı təmir işləri aparılr, blokların qapı və pəncərələri yeniləniləri ilə əvəz olunur, yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi işləri aparılır.
Eyni zamanda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgahların, oturacaqların, müxtəlif növ uşaq oyun elementlərinin və idman qurğularının quraşdırılması, yeni asfalt örtüyünün vurulması nəzərdə tutulub.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.