Moskva prospekti 90, 92 saylı ünvanda abadlıq və quruculuq işləri aparılır.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq Moskva prospekti 90, 92 saylı binaların fasadında əsaslı təmir işləri davam edir, blokların qapı və pəncərələri yeniləniləri ilə əvəz olunub, yağış suları axıdan boru və navalçalar dəyişdirilib, həyətlərdə təhlükəli vəziyyətdə olan ağaclar aqrotexniki qaydada budanılıb.
Hal-hazırda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgahlar quraşdırılır, oturacaqların, yeni asfalt örtüyünün, bardürlər və tamet daşların düzülür, istinad divarlarının bərpa olunur.
Eyni zamanda binaların həyətlərində özbaşına hasara alınmış çəpərlər sökülərək ərazilərin əhalinin ümumi istifadəsinə verilməsi və avtomobillərin parklanması üçün xüsusi yerlərin ayrılması, müxtəlif növ uşaq oyun elementlərinin - idman qurğularının quraşdırılması işləri aparılacaq.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.