Moskva prospekti 90, 92 saylı ünvanda son tamamlanma işləri aparılır.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq Moskva prospekti 90, 92 saylı binaların fasadı əsaslı təmir olunub, blokların qapı və pəncərələri yeniləniləri ilə əvəz olunub, istinad divarları bərpa olunaraq aqılay daşla üzlənilib, yağış suları axıdan boru və navalçalar dəyişdirilib, həyətlərdə təhlükəli vəziyyətdə olan ağaclar aqrotexniki qaydada budanılıbdır. Binaları həyətində torpaq işləri görülüb, bardürlər, tamet daşları düzülüb və qazon örtüyü vurulub, güllər əkilib, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgahlar, oturacaqlar, müxtəlif növ uşaq oyun elementləri – idman fitnes alətləri quraşdırılıb.
Eyni zamanda Moskva prospekti 90, 92 saylı ünvanda özbaşına hasara alınmış çəpərlər sökülərək ərazilər əhalinin ümumi istifadəsinə verilib, avtomobillərin parklanması üçün xüsusi yerlər ayrılıb və əlil arabalarının hərəkəti üçün panduslar düzəldilib. Binaları həyətində bütün işıqlandırma işləri yenilənib, kiçik tullantılar üçün zibil qabları qoyulub, yaşıllıqların suvarılması üçün su xətləri və atmasfer sularının kənarlaşdırılması üçün drenaj xətləri çəkilib.
Hal-hazırda ünvanda son tamamlanma işləri aparılıraq, asfalt işləri görülür. Abad həyətin yaxın zamanda sakinlərin istifadəsinə verilməsi nəzərdə tutlub.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.