Şriftin ölçüsü :

Saytın rəngi :

“Münaqişəli Ailələrə Sosial Dəstək və Maarifləndirmə” adlı tədbir keçirildi.

20 oktyabr 2025 | 16:05

Nəsimi Rayon İcra Hakimiyyətində Nəsimi rayon Bələdiyyəsinin  iştirakı   ilə münaqişəli ailələrlə bağlı maarifləndirici tədbir təşkil olunub. Tədbirdə rayon ictimaiyyəti, İcra Hakimiyyəti başçısı yanında Sahə İnzibati Ərazi Dairələrinin nümayəndələri, bələdiyyə üzvləri, Mənzil  Kommunal Təsərrüfatı Birliyinin rəhbərləri, məktəb psixoloqları və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Çıxış edənlər ailə münaqişələrinin yaranma səbəbləri, onların sosial fəsadları və qarşısının alınması yolları barədə fikirlərini bildiriblər. Qeyd olunub ki, ailə institutunun möhkəmləndirilməsi, gənc nəsildə sağlam ailə dəyərlərinin təbliği və psixoloji dəstəyin gücləndirilməsi vacibdir.

Tədbir çərçivəsində iştirakçılar münaqişəli ailələrin sosial problemlərinin həlli istiqamətində birgə əməkdaşlıq etməyin zəruriliyini vurğulayıblar.

Sonda mövzu ilə bağlı maarifləndirici materiallar paylanılıb və gələcəkdə bu istiqamətdə ardıcıl tədbirlərin davam etdiriləcəyi bildirilib.

Keçidlər