Mustafa Kamal Atatürkün anım günü qeyd olundu.
10 noyabr 1938-ci ildə saat 09:05-də həyatını itirən, Türkiyə qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün xatirəsi hər il ehtiramla anılır.
10 noyabr günləri saat 09: 05-də Türkiyə daxilində 2 dəqiqəlik sükutla Atatürk xatirəsinə hörmət duruşuna keçilir. Ardından Türkiyə Böyük Millət Məclisi binası önündəki bayraqlar xaric, Türkiyədəki bütün rəsmi binalarda və ölkənin xarici nümayəndəlikləri bayraqları, yas göstəricisi olaraq yarıya endirilər.
Noyabrın 10-da Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 84 ildönümü Bakıda qeyd olundu. Anım mərasimi Nəsimi rayonunda dahi şəxsiyyətin heykəli önündə baş tutub. Tədbiri Türkiyənin ölkəmizdəki səfirliyi təşkil edib. Anım tədbirinə səfirlik nümayəndələri ilə birlikdə hərbçilər və gənclər də qatılıblar.Onlar Mustafa Kamal Paşanın heykəli önünə gül-çiçək dəstələri düzərək sayğı duruşu ilə Türkiyə dövlətinin qurucusunun ruhu qarşısında ehtiramlarını bildiriblər.
Qeyd edək ki, 3 dəfə Türkiyə prezidenti seçilmiş yeganə cumhurbaşqanı kimi ölkəsinin siyasi tarixinə düşən Mustafa Kamal Atatürk 10 noyabr 1938-ci ildə dünyasını dəyişıb.