Neftçilər prospekti 143 ünvanda yeni yaşıllıq zolaqları və istirahət parkı yaradılır.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, yol boyu istinad divarlarının, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı və cari təmir-bərpa işləri davam etdirilir.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin Azərbaycanda keçirilməsi və Bakı şəhərinə çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar, eyni zamanda sakinlərin müraciətlərini nəzərə alaraq mərkəzi küçə və prospektlərdə təmizlik, abadlıq işlərinin və şəhərin ümümi görünüşünə xələl gətirən binaların fasadlarında və müxtəlif ünvanlarda istinad divarlarının, hasarların təmir-bərpası işləri daha da intensiv şəkildə davam etdirilir.
Belə ki, rayonun Neftçilər prospekti 143 ünvanda uzun müddət hasara alımış ərazidə yeni yaşıllıq zolaqları salınır və istirahət parkı yaradılır.
Hal-hazırda tamet-bardür daşları vurulur, hasarlar və istinad divarları aqlay daşla üzlənir. Eyni zamanda yeni ağacların, kolların əkilməsi, qazon örtüyünün vurulması, işıqlandırma sisiteminin çəkilməsi və oturacaqların quraşdırılması işləri də nəzərdə tutulub.
Bu istiqamətdə işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla müxtəlif ünvanlarda da təmir-bərpa işləri davam etdirilir.