Neftçilər prospekti, Zərifə Əliyevə və Zorge küçələrinin əhatəsində yerləşən parkda təmir-bərpa işləri yekunlaşmaq üzrədir.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq–quruculuq işləri çərçivəsində Nəsimi rayonunda parkların, binaların, həyətlərin, yolların, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.
Rayon ərazisində əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün Neftçilər prospekti, Zərifə Əliyevə və Zorge küçələrinin əhatəsində yerləşən parkda təmir-bərpa işləri yekunlaşmaq uzrədir.
Belə ki, parkda yeni işiqlandırma sistemi çəkilib, yeni bardürlərın və tamet daşlarının vurulması işləri başa çatıb, eyni zamanda yaşıllıq zolaqlarında bərpa işləri aparılıb,ağaclara, yaşıllıqlara aqrotexniki qulluq göstərilb, yeni qazon və gül kolları əkilib. Yeni velosiped zolaqları çəkilib və parkinqlər yaraıdılıb.
Hazırda müxtəlif növ idman qurğuları və uşaq oyun elementlərinin quraşdırılması işləri davam etdirilir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və təmir işləri davam etdirilir.